İrakli Ğaribaşvili: Onlara [Pride Təşkilatçılarına] alternativ məkan seçmək imkanı verildi.

Hökm: FactCheck-in gəldiyi qənaətə əsasən İrakli Qaribaşvilinin bəyanatı manipulyasiyadır.

Xülasə: "Şərəf yürüşü" 5 iyulda Rustaveli metrosundan başlayaraq açıq məkanda keçirilməli və bir növ etiraz aksiyası xsüsiyyəti daşımalı idi. İştirakçılar dövlətin, vətəndaş yönümlü bir siyasət yürütməsini, nifrət yönümlü cinayətlərini düzgün şəkildə araşdırmasını və öz vətəndaşlarını qorumasını tələb edirlər.

Nəzərə alsaq ki, LGBT xalqı onsuz da illərdir açıq məkanda sərbəst toplaşaraq etirazlarını nümayiş etdirə bilmir. Onlar üçün dövlət tərəfindən təhlükəsizlik səbəbi ilə belə olsa, tədbir üçün qapalı məkan təklif edilməsi, sərbəst toplaşmaq azadlığının tam həyata keçirilməsi təminn olunmur.

Bu səbəbdən İrakli Ğaribaşvilinin bəyanatı manipulyasiyadır.

Təhlili:5 İyulda "Pride" həftəsi çərçivəsində Tbilisidə "Şərəf Yürüşü" keçiriləcəkdi. Homofob qruplar tərəfindən törətdilən ya elan etdilən zorakı hərəkətlər səbəbindən və dövlətin bu məsələyə praktiki təsir edə bilməməsinə görə təşkilatçılar, tədbiri keçirə bilmədi.

Homofobik qruplar tərəfindən zorakılığın artmasına qədər Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, bəyanət yayaraq "şərəf yürüşü" keçirməyin məsləhətli olmadığ açıqlamasını etdi. O, həmçinin "Qürur" təşkilatçılarına şərəf yürüşü üçün alternativ məkanlar seçmək imkanı verildiyini də vurğuladı.

“Daxili İşlər Nazirliyi “Pride” deyə adlanan bu yürüş təşkilatçıları ilə daim əlaqədir. Onalara izah edildi ki, onlar tərəfindən elan olunan aksiya müəyyən təhlükə ehtiva edir və na görə də onlara alternativ məkan seçmək imkanı verildi”,-deyə Baş nazir qeyd etdi.

FaktCheck, İrakli Ğaribaşvilinin açıqlamasını yoxlamaq üçün “Tbilisi Pride”-in direktoru Giorgi Tabaqari ilə əlaqə saxladı.Tabaqarinin izahatında tədbirin təşkilatçılarına "Ləyaqət marşı" üçün yalnız bir alternativ qapalı məkan təklif edildiyini bildirdi.

"Şərəf yürüşü" 5 iyulda Rustaveli metrosundan başlayaraq açıq məkanda keçirilməli və bir növ etiraz aksiyası xsüsiyyəti daşımalı idi. İştirakçılar dövlətin vətəndaş yönümlü bir siyasət yürütməsini, nifrət yönümlü cinayətlərini düzgün şəkildə araşdırmasını və öz vətəndaşlarını qorumasını tələb etdilər.

Nəzərə alsaq ki, LGBT xalqı onsuz da illərdir açıq məkanda sərbəst toplaşaraq etirazlarını nümayiş etdirə bilmir, onlar üçün dövlət tərəfindən təhlükəsizlik səbəbi ilə belə olsa tədbir üçün qapalı məkan təklif etməsi, sərbəst toplaşmaq azadlığının tam həyata keçirilməsini təmin etmir.

Bu səbəbdən də İrakli Ğaribaşvilinin, “Pride” təşkilatçılarına yürüyüş keçirilməsi üçün alternativ məkan təklifi, manipulyasiyadır.

Onu da xatırladaq ki, 5 iyul tarixində homofob qruplar tərəfindən dövlətin qarşısını ala bilmədiyi və lazımi qaydada idarə edə bilmədiyi və ya etmədiyi “Ləyaqət yürüşü” nü dağıtmaq məqsədi ilə bir sıra zorakı hərəkətlər törədildi.

Aqressiv qruplaşma parlamentin qarşısında açılan çadırları sökərək, “Xəcalət” hərəkatının və digər vətəndaş cəmiyyəti təşkilatlarının ofislərini talan etdilərək ən azı 50 jurnalistə hücum və / və ya fiziki təcavüz etdilər.

Mövcud məlumatlara görə, aşkar edilən qanun pozuntularına görəhazır ki, mərhələdə 8 nəfər saxlanılıb.


Şəxslər

Oxşar məqalələr

5401 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
17%
Yalan
11%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan