İrakli Kobaxide: Şarl Mişelin sənədində nə yazılmışdırsa, (Ali məhkəmə hakimləri ilə bağlı) tam olaraq yerinə yetirildi.

Hökm:FactCheck-in gəldiyi qənaətə əsasən İrakli Kobaxidzenin bəyanatı yalandır.

Xülasə: 19 aprel razılığına əsasən, hakim təyini, Venesiya komissiyasının tövsiyələri nəzərə alınana qədər dayandırılmalı idi. 28 Apreldə Venesiya Komissiyası qanuna daxil edilən dəyişiklikləri məmnuniyyətlə qarşıladı, həmçinin onu da qeyd etdi ki, prosesin sonrakı mərhələsində, Ədalət Yüksək Şurasının tərkibinin dəyişdirilməsini və hakimliyə namizədlər üçün bərabər şərait yaratması üçün rəqabətin yenidən keçirilməsinin vacibliyini vurğuladı. Qeyd etmək lazımdır ki, yuxarıdakı tövsiyələr bu günə qədər idarəetmə heyəti tərəfindən hələ də həyata keçirməyib. Lakin ABŞ Dövlət Departamenti, Dövlət katibi, ABŞ-ın Gürcüstandakı səfirliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Komissiyasının açıqlamalarına əsasən 19 aprel razılaşması, hakim təyinata moratorium tələb etdiyini göstərir və nəticə etibarı ilə Parlament tərəfindən Ali Məhkəmənin 6 hakiminin təyin edilməsi bu müqavilənin pozulması deməkdir. Eyni zamanda, ABŞ səfirliyinin bəyanatında vurğulanaraq qeyd edilir ki, 19 Aprel razılaşmasına qədər Gürcüstanda “Ümumi Məhkəmələr” haqqında qanuna edilən dəyişiklikləri “Gürcü Arzusu” 19 Aprel razılaşmasını yerinə yetirilmiş kimi hesab edir. Hansı ki, “Şarl Mişel razılaşmasının məzmununa uyğun gəlmir.

Təhlili: 14 İyul 2021-ci il tarixində, “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze, “Rustavi 2”-in canlı yayımında Ali Məhkəmə hakimlərinin ömürlük təyinatı ilə bağlı, bildirdi ki, “Gürcü Arzusu” hakimləri təyin etməklə 19 Aprel razılaşmasını pozmur. "Sizə deyə bilərəm ki, Ali Hakimləri seçilməsii ilə bağlı nə etdiksə, hamısı Şarl Mişelin sənədində qeyd olunan şifahi və yazılı şəkildə əldə etdiyimiz razılığa uyğun edilib. Sənəddə nə qeyd olunmuşdursa tam olaraq o da edilib. Fasilə verildi və Venesiya Komissiyasının tövsiyələrinə tam uyğun bir qanun qəbul edildi. "Bundan sonra Şarl Mişelin sənədində qeyd edildiyi kimi, əlavə namizədlərin qəbulu üçün müraciət yenidən elan olundu və bundan sonra proses yeni formatda davam etdi”.

19 Aprel 2021-ci ildə Avropa Şurasının Prezidenti Şarl Mişel-in vasitəçiliyi ilə hökumət və parlament müxalifəti arasında aparılan danışıqlar sona çatdı. Partiyalar, Şarl Mişelin təklif etdiyi, ölkədəki siyasi böhrana son qoymağı və demokratik institutları gücləndirməyi hədəfləyən 5 maddəlik planı imzaladılar. Şarl Mişelin sazişinin başlıqlardan biri qanunun aliliyi və məhkəmə islahatlarına yer verilmişdi. Burada qeyd olunur ki, “Bu parlament dövründə, geniş miqyaslı, inkluziv və bütün partiyaların iştiraki ilə inkişaf etdirilmiş islahatlara yolunda ilk addım olaraq, parlamentin iddialı bir məhkəmə islahatı təsdiqləməlidir" və aşağıdakılar da daxil olmaqla müxtəlif məqamlar sadalanır:B) Parlament, Ali Məhkəməyə təyinatlar haqqında qanun layihəni, Venesiya Komissiyasının 24 iyun 2019-cu il tarixli 949/2019 saylı rəyini nəzərə alaraq, xüsusilə Ədalət Yüksək Şurasında təyinatlara mərhələli şəkildə yanaşılmasını, açıq səsvermə ilə əlaqədar nəzərə alaraq təqdim edilməlidir.C) Ali Məhkəmədə mövcud olan qaydalarına uyğun olaraq təyinatdan boyun qaçırtmalıdır. "

"B" bəndinin məzmununa yönəlik olan, xüsusən də Venesiya Komissiyasının nəticəsi nəzərə alınaraq qəbul ediləcək qanun layihəsi haqqında, dövlət nümayəndələri qeyd edəcəkər ki, hələ də “Şarl Mişelin sənədinin” imzalanmasından əvvəl həyata keçirildi və hökümət yeni qanun qəbul etdi.

Qanun lahiyə(“Ümumi Məhkəmələr” haqqında Qanuna Dəyişikliklər) hansı ki, Ali Ədalət Şurası tərəfindən Parlamentə daxil edilən, Ali Məhkəməyə namizədl seçilmləri haqqında və parlamentə təqdim prosedurunu nəzərdə tutur və idarə heyəti nümayəndələri tərəfindən parlamentin cari ilin 1 aprelində sürətləndirilmiş şəkildə və yekdilliklə (86 səs) qəbul edildi. Onu da qeyd etmək lazımdır ki, parlament qanun layihəsini "Şarl Mişel Sənədi" imzalanmadan əvvəl və siyasi partiyalarla məsləhətləşmədən qəbul edib.

Yerli təşkilatlar və beynəlxalq tərəfdaşlar qanuna edilən dəyişikliklərlə bağlı tənqidi mövqe nümayiş etdirdilər. “Müstəqil və Şəffaf Məhkəmə Birliyi Koalisiyası” qanun lahiyəsini əks etdirməyən və ölkə reallığına tamamilə yad bir qanun olaraq dəyərləndirdi. Onların bəyanatlarına əsasən, dəyişikliklər gedişatı yaxşılaşdırmayacaq və xalqın inamını artırmayacaq. 7 apreldə Avropa Birliyi, Gürcüstan Parlamentinin 1 aprel tarixində qəbul etdiyi qanunvericilik dəyişikliklərinə münasibət bildirdi. Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Avropa birliyinin Mətbuat katibinin bəyanatına əsasən, Avropa ittifaqi seçim prosesi üçün qanunvericilik çərçivəsində dəyişdirilmə təşəbbüsünü alqışlayır, lakin geniş bir məsləhətləşmə prosesi olmadan qanunvericilikdə edilən tələsik dəyişiklik edilməsini, məyus edici hal olaraq dəyərləndirdi. Avropa Birliyi Gürcüstana qətiyyətlə tövsiyə edir ki, Venesiya Komissiyasından qiymətləndirməni, ən qısa müddətdə, qəbul edilmiş düzəlişlərin əvvəlki tövsiyələrə uyğun olub olmadığını, tələb etsin. Venesiya Komissiyası tərəfindən təsdiqlənəcək yeni qaydalar bütün namizədlərə eyni dərəcədə şamil edilməlidir. Yuxarıda göstərilən tənqidlərdən sonra, 8 aprel tarixində Parlamentin qəbul etdiyi düzəlişləri Venesiya Komissiyasına son düzəliş olaraq göndərməsi diqqət çəkən məqamdır.

28 aprel tarixində Venesiya Komissiyasının paylaşdığı hesabatda, Komissiya "Ümumi Məhkəmələr haqqında" qanunda etdirən dəyişikliklərdə Venesiya Komissiyasının bir neçə tövsiyəsini əks olunduğu üçün alqışladığı vurğulanır. Sadalananlara baxayaraq, Komissiya hələ də hesab edir ki, Gürcüstanın əlavə olaraq müzakirə etməsi lazım olduğu bir çox vacib məsləhətlər var. Bütün bunları nəzərə alaraq, Venesiya Komissiyası 3 əsas məsləhət irəli sürdü. Onların hesabatına əsasən, növbəti qərarlar qəbul edilməzdən əvvəl Ədalət Ali Şurasının tərkibinin dəyişdirilməsinə ehtiyac var. Həmçinin, Hakimlərin təyin edilməsi proseduru, Ali Məhkəmənin Kvalifikasiya Palatası, şikayət edilən işlərə dair qərar qəbul edənə qədər dayandırılmalıdır. Həmçinin 1 Apreldə qəbul edilən qanun layihəyə əsasən, Ali Məhkəmə hakimlərinin seçimi üçün köhnə qanunvericilik şərtləri ilə başladılan müsabiqədə, yeni iştirakçılardan əlavə müraciət qəbulu imkanı təmin etdiyi üçün, Venesiya Komissiyası, namizədlərə bərabər şəkildə olmayan münasibətlərin qarşısını almaq üçün prosedurun yenidən keçirilməsini bildirdi.

5 Apreldə, dəyişiklikləri Venesiya Komissiyasına təqdim etməzdən əvvəl, Gürcüstanın Ədalət Yüksək Şurası, Parlamentə namizədlərin seçimi prosesində iştirak etmək üçün Gürcüstan Ali Məhkəməsinin Hakim vəzifəsinə əlavə müraciətlərin qəbul edildiyini elan etdi.Əlavə müddətdə, Ali Ədalət Şurasının, Ali Məhkəməsinəyə hakimlik məqsədi ilə yalnız üç namizəd müraciət edib.Venesiya Komissiyasının yuxarıda sadalanan tövsiyələrinə baxmayaraq, hakimliyə namizədlərin seçilməsi prosesinin yenidən başladılmaması diqqət çəkən məqamladan biridir.

Mayın 21-də diplomatik korpus üzvləri, məhkəmə islahatı aparılanadək Ali Məhkəməyə hakimlərin seçilməsini və Ədalət Şurası üzvlərinin təyin edilməsini dayandırılmasına dair parlament sədrinə məktubla müraciət etdilər. Onlar həçinin, Şarl Mişel Sənədinə əsasən götürülmüş öhdəliklərinin altından xətt çəkərək bildirlər ki, Gürcüstanın maliyyə yardımı öhdəliklərin yerinə yetirilməsindən asılı olacağını vurğuldılar.Mayın 24-də ABŞ səfiri Kelli Deqnan, bəyanatında hakimlərin hazır ki, təyinatının siyasi partiyalar arasında 19 aprel tarixində əldə edilmiş razılaşmaya uyğun olmadığını bildirdi.

Çağırışlara baxmayaraq, Ali Ədalət Şurası, 26 Mayda keçirilən hakimlərin növbədən kənar konfransında Ali Ədalət Şurası, dörd üzv hakim seçdi. 17 iyun tarixində isə Ali Ədalət Şurası Ali Məhkəmədə ömürlük namizəd göstərilən 9 hakimi dəstəklədi və hakimlərin siyahısının təsdiqlənməsi üçün parlamentə göndərdi.

Qeyd olunana məsələyə ABŞ-ın Gürcüstandakı səfirliyi bir daha münasibət bildirdi. ABŞ səfiri Kelli Deqnan 19 iyun tarixli bəyanatında, Gürcüstan Ali Məhkəməsinə yeni hakimlərin seçilməsinin siyasi partiyaların 19 aprel tarixində əldə etdiyi razılaşma ilə uyğun olmadığını bildirdi.Daha sonra, 24 İyun tarixində ABŞ Səfirliyi 19 Apreldə Ali Məhkəmə hakimlərinin təyin olunmasına dair müqavilənin sırf həmind bəndlərini Tvitter hesabında paylaşaraq, razılaşmaya əsasən davam edilən təyinatların dayandırılmalı olduğunu bildirdi.

ATƏT-in, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) üçüncü aralıq hesabatı 9 iyul tarixində paylaşıldı. Hesabatda qeyd edilir ki, şəffaflıq və hesabatlılıq sahəsində bəzi irəliləyişlərə baxmayaraq, Gürcüstan Ali Məhkəməsi hakimlərinə namizəd göstərmə prosesindəki olan çatışmazlıqlar, məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altında qoyur.Onların dəyərləndirməsinə əsasən, "Ədalət Yüksək Şurası tərəfindən namizədlərin müraciət prosedurları, təcrübə testləri və keçirilən müsahibələr beynəlxalq standartlara cavab vermir"Eyni zamanda, hesabatdaqeyd edilir ki, Parlament və Ədalət Yüksək Şurası tərəfindən göstərilən 9 hakimliyə namizədin işinə baxılması və təyin edilməsi prosesi 19 aprel razılaşmasına ziddir.

Beynəlxalq tərəfdaşların kəskin tənqidlərinə və 19 aprel razılaşmasının həyata keçirilməsinə dair birbaşa çağırışlarına baxmayaraq, Parlament, 12 iyulda Ali Məhkəməyə ömürlük olaraq altı hakim təyin etdi.

Parlamentin bu qərarı beynəlxalq tərəfdaşlar tərəfindənbirdaha kəskin tənqidlərlə qarşılandı. İyul ayının 14-də Avropa Komissiyasının mətbuat katibi, Ali Məhkəməyə hakimlərin təyini ilə əlaqədabəyanat paylaşaraq, hakimlərin təyin edilməsinin 19 Aprel razılaşmasının əsas müddəalarına zidd olduğunu bildirdi.Mətbuat katibi, idarə heyyətinə Venesiya Komissiyasının bütün tövsiyələrini yerinə yetirməyə çağırdı və onu da qeyd etdi ki, bu öhdəliklərin icrası, Avropa İttifaqının Gürcüstan üçün hazırkı proqramı çərçivəsində makro-maliyyə yardımının ikinci hissəsinin ayrılması ilkin şərtdir və bu, mənfi təsir edə bilər.

ABŞ-ın Gürcüstandakı səfirliyi də hakimlərin təyinatına münasibət bildirdi. 15 iyul tarixli bəyanatda, hakimlərin təyin edilməsinin 19 Aprel razılaşmasına zidd olduğu bildirildi. Lakin ABŞ səfirliyin dəyərləndirməsinə əsasən, 19 aprel razılaşmasından əvvəl edilən dəyişikliklər tək tərəflidir və müqavilənin məzmununa uyğun deyilvə beynəlxalq tərəfdaşların tövsiyələrinə ziddir.

İyul 16-da ABŞ Dövlət Departamenti də bəyanat paylaşdı.Bəyanatda ABŞ-ın hakim və müxalifət partiyalarının nümayəndələri arasında 19 aprel tarixində əldə olunmuş razılaşmanın əksinə olaraq, 12 iyul tarixində Gürcüstan parlamenti tərəfindən Ali Məhkəməyə altı namizədin təsdiqlənməsindən narahat olduğu bildirilib.Qeyd olunanı yerinə yetirməmək, Gürcüstan ictimaiyyətinin və beynəlxalq ictimaiyyətin Gürcüstan məhkəmə sisteminə olan inamını daha da pozacaq və Gürcüstanın demokratik inkişafını təhlükə altına qoyacaq, həmçinin investorların inamını da zəiflədərək Gürcüstanın siyasi dayanıqlığını azaldacaq.Bənzər bəyanat ABŞ dövlət katibi Anthony Blinken tərəfindən edildi.

Nəticə olaraq yuxarıda sadalananları nəzərə alarsaq, İrakli Kobaxidzenin hakimlərin təyin edilməsinin 19 aprel razılaşmasına uyğun olduğu bəyanatı yalandır.19 aprel razılıamaşına əsasən hakimlərin təyin edilməsi, Venesiya Komissiyasının tövsiyələri nəzərə alınana qədər dayandırılmalı idi.28 Apreldə Venesiya Komissiyası, qanunda olan dəyişiklikləri məmnuniyyətlə qarşıladı, ancaq onuda qeyd etdi ki, proses davam etmədən əvvəl Ədalət Yüksək Şurasının tərkibi dəyişdirilməli və namizədlər üçün bərabər şərait yaratması üçün rəqabət yenidən keçirilməlidir.Onu da qeyd etmək lazımdır ki, sadalanan tövsiyələr idarə heyəti tərəfindən yerinə yetirilməyib.Bununla yanaşı ABŞ Dövlət Departamenti, Dövlət katibi, ABŞ-ın Gürcüstandakı səfirliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Komissiyasının mətbuat katibinin açıqlamaları birbaşa 19 aprel razılaşmasının təyinata moratorium tələb etdiyini göstərir və nəticə olaraq Parlament tərəfindən Ali Məhkəmənin 6 hakiminin təyin edilməsi bu müqavilənin pozulması qənaətinə gəilir.Belə ki, ABŞ səfirliyinin bəyanatında bir başa qeyd olur ki, 19 Aprel razılaşmasından əvvəl “Ümumi məhkəmələr haqqında” Gürcüstan qanunvericiliyinə daxil edilən dəyişiklikləri hansı ki, “Gürcü Arzusu” 19 Aprel razılaşmasının yerinə yetirilməsi kimi hesab edir. “Şarl Mişel razılaşmasının” məzmuna uyğun deyil”.


Şəxslər

Oxşar məqalələr

5362 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
17%
Yalan
11%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan