Yüklənir

Dezinformasiya: Peyvənd bizi infeksiyadan qorumur, bu səbəbdən peyvənd olunmanın heç bir mənası yoxdur.

Hökm: Manipulasiya

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin koronavirusa yoluxması sosial şəbəkələrdə böyük reaksiyaya səbəb oldu. Müxtəlif dezinformasiya iddialarına görə, Ekaterine Tikaradze, peyvəndin təsirsiz olduğunun və peyvəndlənmənin mənasız olduğunun bariz bir nümunəsidir, çünki bir insanı virusa yoluxmaqdan qorumur. Əslində sosial şəbəkələrdə yayılan məlumatlar manipulyasiyadır.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, peyvəndlənməsinə baxmayaraq, virusa yoluxma halları həqiqətən qeyd olunur. Lakin bu, koronavirusa qarşı peyvəndlərin təsirsiz olduğu mənasına gəlmir.

Bu mövzuda allerqoloq-immunoloq Bidzina Kulumbeqov danışdı. Onun sözlərinə görə, peyvəndlənmə insanı infeksiyadan tamamilə qorumur, əksinə virusun yüngül formada keçirilməsinə kömək edir. Konkret olaraq, Kulumbeqova görə, “peyvəndin effektivliyini qiymətləndirən əsas komponent onların insan ölümü və ağır xəstəliklərin inkişafı, ya da sadə dillə desək, intubasiya üzərində təsiridir. Nəticədə, peyvəndlənən bütün insanlar yüngül bir xəstəliyə tutulma riski ilə qarşılaşa bilər və ya mexaniki bir daşıyıcı və tamamilə asemptomatik bir daşıyıcı ola bilər. Bir şəxs peyvəndlənirsə, hətda iki dəfə peyvəndlənirsə belə, yüngül bir xəstəlik inkişaf edə bilər, ancaq ölüm və intubasiyadan 100% qorunurlar.” Beləliklə, Kulumbeqova görə, koronavirusa qarşı peyvəndlər təsirlidir.

Səhiyyə nazirinin müavini Tamar Qabuniyanın sözlərinə görə, tam peyvənd olunmuş şəxslərdə koronavirus infeksiyası peyvəndin effektivliyi ilə zidd deyil. Gabunia qeyd etdiyi kimi, peyvənd xəstəni ölümdən və xəstəliyin ağır formalarının inkişafından 100% qoruyur.

Ekaterine Tikaradze, 23 martda AstraZeneca peyvəndinin ilk dozası ilə aşılanmışdı, ikinci doza isə iyun ayına təyin edilmişdi. Bir şəxs ümumiyyətlə iki doza peyvənd aldıqdan sonra tam peyvəndlənmiş sayılır. Qeyd etmək lazımdır ki, peyvəndin birinci və ikinci dozasını qəbul etdikdən sonra orqanizmdə fərqli effektivlik faizinə çatılır.

AstraZeneca peyvəndi müxtəlif tədqiqatlarda fərqli təsir göstərmişdir. Məsələn, fevral ayında aparılan araşdırmaya əsasında peyvəndin ilk dozasından sonra 72%, ikinci dozsıdan sonra isə 82% daha təsirli olduğu aşkar edildi. Mart ayında aparılan araşdırmalara əsasən (Çili, Peru, ABŞ) peyvəndin iki dozasının təsiri 76% təşkil edirdi. Həmçinin, son tədqiqatlara əsasən peyvəndin tək bir dozasının simptomatik Covid-19-un qarşısını almaq üçün 70% təsirli olduğu ehtimal edilir.

Bidzina Kulumbeqovun bəynətına əsasən, müxtəlif yüksək standartlı tədqiqatlar nəticəsində, ilk AstraZeneca peyvəndi, koronavirusun əvvəl ki, halına qarşı 90 gün ərzində 76% effektivliyini qoruyurdu, yeni reallıqda isə “Britaniya variantı B.1.1.7 dominantdır və İngiltərədə B.1,617.2, yəni hind variantında da eynidir. Mövcud olan bütün araşdırmalar onu göstərir ki, tək bir AstraZeneca dozasının təsirinin hind variantı üzərində 30% və Britanya variantı üzərində isə 50% olduğunu göstərir.”

Beləliklə, həm tək dozalı, həm də tam peyvənd olunmuş insanlar həqiqətən koronavirusa yoluxa bilər, amma bu, koronavirus peyvəndlərinin təsirsiz olduğu mənasını daşımır. Peyvəndin əsas məqsədi insanları ağır xəstəliklərdən, xəstəxanaya yerləşdirilməkdən və infeksiya zamanı ölümdən qorumaqdır.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda və dünyada peyvəndlənmə prosesinin sürətlə aparılması son dərəcə vacibdir. Qısa müddətdə mümkün qədər çox insana universal peyvəndləmə və peyvəndləmənin sürətli tətbiqi pandemiyanın sona çatması üçün bir şərtdir.

--------------------------------------------------------------------------------------------------------------

Məqalə "Facebook"-un faktları yoxlama proqramının bir hissəsi kimi hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bu linkdə baxın. Materialı necə düzəltmək və hökmdən şikayəti vermək barədə məlumatı burada tapa bilərsiniz.