• Haqqımızda
    1. Komanda
    2. Metodologiya
    3. Privacy Policy
  • Redaksiya qaydaları
  • Dəyişiklik/Şikayətlər
  • Layihəyə dəstək olanlar
  • Əlaqə
ქართული English հայերեն Русский

Factcheck.ge

Check your Fact
  • Seçkilər 2024
  • Personajlar
  • Hökmlər
    • Doğru
    • Əsasən-doğru
    • Yarı-doğru
    • Əsasən-yanlış
    • Yanlış
    • Yalan
    • manipulyasiyadır
    • Saxta xəbər
    • Hökmdən xaric
    • N/A
    • N/A
    • პოზიცია ნაწილობრივ შეცვალა
    • N/A
    • Fakt-metr qəzeti
  • Bölgələr
  • Saxta xəbərlər
    • კლიმატის ცვლილება
    • როგორ არ მოვტყუვდეთ?
  • Mövzular
    • İqtisadiyyat
    • Hüquq
    • Siyasət
    • Təhsil
    • Səhiyyə
  • Digər
    • Ukrayna
    • Vədlər
    • Seçkilər 2021
    • Seçkilər 2017
    • 2016 Parlament seçkiləri
    • Seçkilər 2014
    • Prezident seçkiləri 2013
    • COVID-19
    • Kovid vaksini
    • Fakt-metr TV
Sosial şəbəkədə Türkiyə səfirinin saxta sitatı yayılır.

Sosial şəbəkədə Türkiyə səfirinin saxta sitatı yayılır.

İyun ayının 6-da Gürcüstan sosial şəbəkəsində Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Seren Yazqandan saxta bir sitat yayımlandı

07/06/2021
Saxta xəbər
müəyyən bir media orqanı, siyasətçi və ya sosial şəbəkə səhifəsi tərəfindən yayılan yalan və ya manipulyasiya xarakterli məlumatlar
Facebook Linkedin Twitter Print

Sosial şəbəkədə Türkiyə səfirinin saxta sitatı yayılır.

İyun ayının 6-da Gürcüstan sosial şəbəkəsində Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Seren Yazqandan saxta bir sitat yayımlandı, harada ki, Facebook istifadəçisi Maka Gutsadze səfirin türk mətbuatı ilə söhbətində aşağıdakı açıqlamanı verdiyindən bəhs edir: “Ya "Nam(o)xvani SES" tikiləcək... Ya gürcü millətinə son qoyacağıq."

Belə bir açıqlama açıq mənbələrdə axtarılmır. FactCheck redaksiyası, Türkiyənin Gürcüstandakı səfirliyi ilə əlaqə saxladı. Səfir katibliyindən bizə bildirildiyi kimi, sözügedən sitat səfir Yazqana aid deyil və heç vaxt belə bir açıqlama verməyib. Səfirliyin rəsmi yazılı cavabı dəyişməz olaraq təqdim edirik:

“Türkiyə Cümhuriyyətinin səfiri Fatma Ceren Yazqan xanımın heç bir media üçün belə bir reportaj vermədiyini bəyan edirik. Sırf buna görə də sosial şəbəkədə yayılan məlumatlar yalandır. Sonuncu dəfə bir neçə gün əvvəl bu məsələ ilə bağlı bir Gürcüstan media nümayəndəsi ilə söhbət etdi. Jurnalist səfirə sual verdi, səfir də mövqeyini aşağıdaki kimi ifadə etdi: Namaxvani SES-inin tikilib-tikilməməsi Gürcüstan hökuməti və gürcü xalqının qərar verəcəyi bir məsələdir. Bu da Gürcüstanın enerji təhlükəsizliyi strategiyası ilə əlaqədardır, hansı ki, səfirin Gürcüstana təyin olunmasından bir neçə il əvvəl qərarlaşdırılmışdı. Sadəcə mənşəyinə görə Türkiyənin uğurlu şirkətlərindən birinə qarşı ayrı seçkilik narahatedici haldır və bu məsələdə əlbətdə ki, Gürcüstan cəmiyyətindən dəstək istəyirik. Ətraf mühitin qorunmasına yönəldiləcək, davamlı enerjiyə ehtiyacımız var, bu səbəbdən bölgə xalqı ilə Namaxvani layihəsinin nümayəndələri arasında dialoqun olması vacibdir. Bununla yanaşı, əlbəttə ki, aksiya keçirənlərin etiraz etmək hüququ var, lakin onların məsuliyyəti də var, bu səbəbdən türk və gürcü işçilərini hədələməməli və iş yerlərinə qayıtmalarına icazə verməlidirlər.”

Məlumat müəllifinin özünə gəlincə, Facebook istifadəçisi Maka Gutsadze çox güman ki, saxta hesabdır. İstifadəçinin Facebook ünvanı sahəsindən aydın olduğu kimi, Maka Gutsadze əvvəllər başqa bir adla - Elene Dedashvili ad ilə qeydiyyatdan keçib.

Hesabın ən köhnə fəaliyyəti 2020-ci ilə təsadüf edir və kifayət qədər məhdud sayda dosta malikdir (21). Qeyd etmək lazımdır ki, Facebook-da Türkiyə səfirinin saxta statının nəşrindən bir saat əvvəl, istifadəçi öz şəxsi səhifəsindən Namoxvan SES ətrafında davam edən etiraz nümayişlərinin tərəfdarı və dəstəkçisi olduğu təəssüratını yaratmaq üçün öz şəxsi səhifəsində Varlam Qoletianinin şəklini bölüşmüşdü.

---------------------------------------------------------

Məqalə "Facebook"-un faktları yoxlama proqramının bir hissəsi kimi hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bu linkdə baxın. Materialı necə düzəltmək və hökmdən şikayəti vermək barədə məlumatı burada tapa bilərsiniz.

ფაქტ-მეტრი
ფაქტ-მეტრი

All Articles

  • Levan Davitaşvili: 2013-cü ildən bu günə qədər Gürcüstanda təbii artım müsbət olub

    Levan Davitaşvili: 2013-cü ildən bu günə...

    Yalan
    ifadə səhvdir və orada verilən dəlillər absurddur
  • Milli Bankın qərarının cari və gözlənilən nəticələri

    Milli Bankın qərarının cari və gözlənilə...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
  • Tbilisi-Rustavi avtomobil yolunun inşaası nə vaxt bitəcək?

    Tbilisi-Rustavi avtomobil yolunun inşaas...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
IFCN
EFCSN
İctimai məlumat bazası
Factcheck.ge
Europe GMF Netherland USAID Georgia

Telefon: +(995 32) 2 22 29 13

Elektron poçt: [email protected]

Factcheck.ge
Factcheck.ge

Bu veb-səhifədə ifadə edilmiş baxış və düşüncələr Factchek.ge-yə aiddir və layihəyə dəstək olan təşkilatların baxış və düşüncələrini əks etdirmir.

Factcheck.ge

© 2025 | Privacy Policy