Yüklənir

Qiorqi Tatuaşvili: Yeni dərs ilində Dmanisi Bələdiyyəsinin 8 kəndində məktəblər yenidən qurulacaq

Hökm: Fakt-metrin gəldiyi qənaətə əsasən, Qiorqi Tatuaşvilinin" vədi qismən yerinə yetirilib.

Xülasə: Dmanisi Bələdiyyəsi, 2020-ci ildə, 8 məktəbin reabilitasiyası üçün təxmini dəyəri 648 625 lari olan tender elan etdi. Tenderin məqsədi bəlıdiyyədə, yeni tədris ilində dərslər bərpa olana qədər, məktəblərin abadlaşdırılması idi.

Dmanisi Bələdiyyəsi, reabilitasiya işləri çərçivəsində, üç məktəbdə daxili ayaqyolu eyni sayda məktəbə mərkəzi istilik qurğuları quraşdırdı və iki məktəbin həyətində isə ayaqyolu inşa etdi. . Səkkiz məktəbin bərpası üçün ümumilikdə 550 845 lari xərclənib.

Qeyd etmək lazımdır ki, 2020-2021 tədris ili başlayana qədər bərpa işləri sadəcə olaraq bir neçə məktəbdə yekunlaşmışdı, əksər reabilitasiya işləri isə il sonuna qədər davam etdi. Bununla yanaşı, məktəb binaları fiziki imkanları məhdudiyyətli olan insanlar üçün adaptasiya olunmayıb. Eyni zamanda, məktəb direktorları ilə söhbət zamanı aydın oldu ki, həyata keçirilən infrastruktur layihələrinin məktəblərin ehtiyaclarına cavab vermir. Bələdiyyə məktəbin xaricində ayaqyolu inşa etməsinə baxmayaraq, bəzi məktəblərin istilik sisteminə, bəzi məktəblərin isə yenidən qurulmaya ehtiyacı var idi.

Fakt-Metrin gəldiyi qənaətə əsasən, Qiorqi Tatuaşvilin" vədi qismən yerinə yetirilib.

Təhlil: 12 Avqust 2020-ci ildə, parlament seçkilərindən əvvəl, Dmanisi Bələdiyyə Başçısı Qiorqi Tatuaşvili, Dmanisidəki 8 kənd məktəbinin bərpası ilə bağlı, məktəblərdə qismən bərpa işlərinin aparılacağını dair post paylaşdı. Postda, söhbət istilik sistemlərindən, dam örtüklərindən, sanitar qovşaqların qurulmasından və fiziki məhdudiyyətli şagirdlər üçün binanın adaptasiyasından gedir.

Dmanisi yerli özünüidarəsi 24 fevral 2020-ci il tarixində layihə ilə nəzərdə tutulan işlərlə bağlı tender elan etdi. Tenderin təxmini dəyəri 110 734 lari idi. Tenderdə “Elitmşeni” MMC (i/k 215140112) qalib gəldi və müqavilə martın 15-də bağlandı. Nəzərdə tutulan işlərin müqavilə dəyəri 94 444 lari təşkil edir. İnfrastruktur layihəsinə 2020-ci ilin ikinci rübündə başlanıldı. Layihə çərçivəsində Yaqublu kəndində məktəb binasının mərkəzi istilik sisteminin qurraşdırılması işləri həyata keçirildi.

Təxmini dəyəri 105 134 lari olan, Qəmərli kənd məktəb binasının bərpası işləri üçün 24 Fevral 2020 -ci il tarixində, mərkəzi istilik sistemi təhcizatını nəzərdə tutan tender elan edildi. Müqavilə yenidən “Elitmşeni” MMC (i/k 215140112) ilə bağlandı. Müqavilənin dəyəri 92 432 lari təşkil edir. Təchizatçı işləri 60 (altmış) təqvim günü müddətində yəni 15 Avqusta qədər olan müddətdə tamamlamalı idi. Bələdiyyə layihəni oktyabrın 15 -də təhvil aldı.

Müqaviləyə əsasən, eyni müddətdə Sarkineti kənd məktəbinin bərpası üzrə tenderdə qalib gələn fərdi sahibkar işləri, 56 təqvim günü müddətində yəni iyulun 7-dək başa çatdırmalı idi. Müqavilənin dəyəri 74 999 lari idi. Yekun Qəbul Aktı isə 24 dekabr 2020 -ci ildə imzalanıb. Fərdi sahibkara ödənilən məbləğ 51.401 lari təşkil edir.

2020 -ci ilin birinci rübündə bələdiyyə, Maşavera kənd məktəbinin bərpası üçün təxmini dəyəri 104 718 lari olan tender elan etdi. Layihə məktəb binasının həyətində ayaqyolunun inşasını nəzərdə tutur. “Complex Construction” MMC, işlərə 5 mayda başlamış və müqavilə imzalandıqdan 50 təqvim günü müddətində yəni iyulun 10 -dək tamamlamalı idi. Ancaq vaxt şərtləri də daxil olmaqla müqavilənin şərtləri 6 dəfə dəyişdirildi. Nəhayət, bələdiyyə layihəni oktyabrın 16 -da təhvil aldı.

24 İyul 2020 -ci ildə Dmanisi Bələdiyyəsi, İpnar kənd məktəb binasının mərkəzi istilik sistemi təhcizatı işlərini “Tursi” MMC-ə həvalə etdi. Təchizatçı layihəni 60 təqvim günü müddətində tamamlamalı idi. Bələdiyyə nəzərdə tutulan işlər üçün 84 649 lari ödəyib və 30 noyabr 2020 -ci ildə təhvil aldı.

Qaldı ki, Qarabulaq kənd məktəbinin daxili ərazisində ayaqyolunun qurulmasına, tender 15 iyun 2020 -ci ildə elan olundu. Müqavilə isə "Pali Georgia" MMC ilə imzalandı. Şirkət, işləri müqavilə imzalandıqdan, 31 Avqust 2020 -ci il tarixinə qədər olan müddətdə həyata keçirməli idi.

Lakin müqavilə şərtlərində edilən dəyişiklik, müqavilədə nəzərdə tutulanan vaxta da təsir etdi və 30 yanvar 2021-ci ilə qədər uzadıldı.

Qarabulaq məktəbinin direktoru Fakt-Metrlə söhbəti zaman bildirdi ki, kənd məktəbinin istilik sisteminə ehtiyyacı var idi daxili ayaqyoluna yox. O, bu barədə Dmanisi Bələdiyyəsinə bir neçə dəfə müraciət etsə də, nəticəsiz qalıb. Onun sözlərinə görə, hal-hazırda məktəb büdcəsinin hesabına binada bərpa işləri aparılır.

16 İyul 2020 -ci ildə Dmanisi Bələdiyyəsi, Yuxarı Orzuman kənd orta məktəbinin ayaqyolu bərpa bərpa lahiyəsini hazırladı. İyulun 15 -də “Dachi Qrup” MMC ilə bağlanmış müqaviləyə əsasən, işlər 31 avqustdan gec olmamaq şərti ilə çatdırılmalı idi, lakin müqaviləyə edilən dəyişikliyə əsasən işlərin təhvil edilməsi üçün son tarix sentyabrın 14 -dək uzadıldı. Bələdiyyə görülən işləri 13 Noyabr 2020 tarixində təhvil aldı.

Eyni vaxtda bələdiyyə, Dağarıxılı kənd məktəbinin daxili ayaq yolunun qurulması üçün tender elan etdi. Tenderdə “Pali Georgia” MMC şirkəti qalib gəldi. Şirkət, işləri müqavilənin imzalanmasından avqustun 31 -dən qədər olan müddətdə həyata keçirməli idi. Müqavilənin müddəti bitdiyi gün isə müqavilədə dəyişiklik edilərək 15 dekabr tarixinə qədər artırıldı. Bundan sonra şirkətlə müqavilədə daha bir dayişiklik edilərək 30 yanvar 2021 -ci ilə qədər uzadıldı. Təchizatçı şirkət işləri 18 Mart 2021-ci ildə təhvil verdi.

Fakt-Metr, qeyd olunan tenderlərdə edilən dəyişikliklərlə bağlı Dmanisi Bələdiyyəsinin Məkan Planlaşdırma və İnfrastruktur Xidmətinin əsas struktur bölməsinin rəhbəri Levan Mantaşaşvili ilə əlaqə saxladı. Məsul şəxs bizə "Nə baş verdiyini dəqiq xatırlamıram, daha sonra sizinlə əlaqə saxlayıb uyğun cavab verəcəyəm" dedi, lakin daha sonra bir neçə dəfə cəhd olunsa də telefon zənglərimizə cavab vermədi.

Məktəb direktorları ilə söhbət zamanı aydın oldu ki, həyata keçirilən infrastruktur layihələri məktəblərin ehtiyaclarına cavab vermirdi. Bəzi məktəblərin istilik sisteminə ehtiyyacı var idi, lakin daxili ayaq yolu quruldu. Bir neçə məktəbin isə yenidən qurmaya ehtiyyacı olduğu halda məktəbin xaricində ayaqyolu inşa olundu.

Hazırkı, mərhələdə verilən vədin bir hissəsi yerinə yetirib və yerinə yetirilmə mərhələsindədir. Pandemiyanı da nəzərə alarsaq, Fakt-Metr, Qiorqi Tatuaşvili tərəfindən verilən vədin qismən yerinə yetirildiyi qənaətinə gəlir.


Şəxslər

Oxşar məqalələr

3382 - Yoxlanılmış fakt
Doğru
23%
Saxta xəbər
18%
Əsasən-doğru
13%
Yarı-doğru
10%
Əsasən-yanlış
8%

Ən çox oxunan