Fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı hərbi təcavüz, Rusiyanın bir növ iqtisadi blokadaya salınması məsələsini növbəti dəfə gündəmə gətirib. Əvvəlki dövrdən fərqli olaraq, cari dövrdə tətbiq edilən məhdudiyyətlər xüsusilə də maliyyə sektoru hissəsində bir xeyli fərqli və sərtdir. Rusiya banklarının ayrıca SWIFT-dən bağlanması və Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının dondurulması kimi tədbirlər, Rusiya Federasiyasını faktiki olaraq əvvəlki defolt vəziyyətinə gətirən ciddi tədbirlərdir.

Lakin, bu cür ümumi ciddi yanaşma fonunda belə, bilavasitə Rusiya iqtisadiyyatının əsas arteriyasında enerji daşıyıcılarının ticarətinə yönəlik tədbirlər məhdud olaraq qalır. Hazırki mərhələdə qərbin bu istiqamətdə vahid cavabı “Nordstream 2” qaz kəməri layihəsinin həyata keçirilməsini dayandırmaq oldu. Bununla belə, “Nordstream 2” hələ istismara verilməmiş qaz kəməridir, dayandırma qərarı bu gün Avropanın enerji asılılığı keyfiyyətinə birbaşa təsir göstərmir. Eenerji ilə bağlı, təsirli effektə malik digər vahid qərarlar hazırda koordinasiya oluna bilmədi və məhdudiyyətlər yalnız ABŞ və Böyük Britaniya tərəfindən fərdi olaraq tətbiq edildi. Ənənəvi olaraq, Rusiyanın enerji sektoruna qarşı sanksiyaların tətbiqinin əsas əleyhdarlarından biri Rusiya enerji daşıyıcılarından ciddi şəkildə asılı olan Almaniyadır və onun sanksiyaların tətbiqindən alacağı ziyan kifayət qədər böyükdür.

Almaniya Rusiyanın enerji təchizatçılarından nə qədər asılıdır və onu qısa müddətdə əvəz etmək olar, ya yox?!

Cədvəldən də göründüyüz kimi, Almaniyanın istehlak etdiyi ümumi enerjinin 30%-i Rusiya resurslarından əldə edilir ki, bu da kifayət qədər yüksək bir rəqəmdir. Ayrıca enerji mənbələri baxımından isə Rusiya təbii qazından asılılıq xüsusilə yüksəkdir. 2020-ci ilə kimi Almaniyada istfadə edilən təbii qazın 55%-i Rusiyadan idxal edilib.

Cədvəl 1. Almaniyada istehlak edilən enerjinin strukturu

mənbə:ECONtribute Policy Brief No. 028

Rusiya qazının, Almaniyanın istehlak etdiyi təbii qazın yarısından çoxunu təşkil etməsi ilə yanaşı, eyni zamanda ümumi enerji istehlakının (qaz, neft və digər enerji) 15%-ə qədərini təşkil etməsi, olduqca yüksək göstəricidir.

Rusiya enerjisinin qısa müddətdə əvəz olunması imkanlarına gəldikdə isə, neft və kömür məsələsində tədarükçülərin və tədarük marşrutlarının (nəqliyyat) çox şaxəli olması daha az problem təsvir edir. Nəticə etibarilə, bu komponentdə əhəmiyyətli çətinliklər gözləniləndən azdır. Təbii qaz məsələsində vəziyyət fərqlidir hansı ki, çatdırılıma yolları (qaz kəmərləri şəbəkəsi) az şaxəlidir və həmçinin qısa müddətdə yenidən qurulması bir xeyli çətin məsələdir. Digər ölkələrdən əlavə həcmdə təbii qaz əldə etmək və ya maye qazın idxalını artırmaq imkanı da fiziki hədlərlə məhdudlaşır və əvəzedici resursların böyük həcmini nəzərə alaraq tam əvəzlənməyə nail olmaq çətinləşib.

2021-ci ildə Avropa Birliyi ümumilikdə 155 milyard kubmetr Rusiya təbii qazı istehlak edib. Beynəlxalq Enerji Assosiasiyasının (EIA) fikrincə, Əlcəzair, Norveç və bütövlükdə Azərbaycandan idxalın artması (ümumilikdə 10 milyard kubmetr artım), eləcə də mayeləşdirilmiş təbii qaz idxalının artması(60 milyard kubmetr artım) Rusiyanın qazının bir hissəsini kompensasiya edə bilər, qalan çatışmamazlıqları isə alternativ mənbələrə keçid edərək kompensasiya edilməlidir. Bununla belə, qeyd etmək lazımdır ki, Rusiya qazının müqavilə qiyməti dünya bazarındakı qiymətdən çox (bir neçə dəfə) aşağıdır ki, bu da dəyişdiriləcəyi təqdirdə təbii olaraq resursun qiymətinin artmasına səbəb olacaq.

Almaniya Rusiya qazından imtina etdiyi halda qazın fiziki çatışmazlığını aradan qaldırmaq üçün kombinə edilmiş yanaşmalardan istifadə etməli olacaq. Xüsusilə, hazırkı hesablamalara görə 2020-ci illə müqayisədə bu gün Rusiya qazının hissəsi gün etibarilə, 5%-lik bəndlə 50%-ə qədər azalıb. Almaniyanın elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyi təbii qazı (istilik elektrik stansiyaları) kömürlə əvəz edə biləcəyinə dair ümumi fikirlər də mövcuddur. Bu məqsədlə atom elektrik stansiyalarından da istifadə oluna bilər, lakin kömürlə elektrik enerjisi istehsalı üçün ehtiyat resursların mövcudluğunu nəzərə alsaq, bu məsələ gündəmin mühüm məsləsi deyil. Qeyd olunan resursun istfadəyə verilməsi əlavə olaraq 20%-lik bəndlə azaldılması deməkdir. Nəticədə təbii qazda 30% çatışmazlıq yaranır, bu da kompensasiya üçün əlavə tədbirlər tələb edir. Bu məqsədlə yerli sənaye, məişət istehlakçıları və xidmət sektoru dövlət tərəfindən müvafiq stimullar formalaşdırmaqla, qismən fərqli enerji mənbəyindən istifadəyə keçməlidir. Onu da qeyd etmək lazımdır ki, əvəzetmə imkanları bütün sektorlar üçün eyni deyil. Məsələn, təbii qazdan istilik üçün istifadə edən məişət istehlakçıları və xidmət göstərənlər onu başqa enerji mənbəyi ilə (məs: elektrik enerjisi) əvəz edə bilər, lakin təbii qazdan xammal kimi istifadə edən kimya sənayesi onu alternativ kimi əvəz edə bilməz. Həmçinin, çatışmazlığı təmin etməyin yollarından biri də ilin isti dövründə (qazın isitmə üçün istifadəsi az olduqda) qaz anbarlarını tam doldurmaq və ilin soyuq dövründə bu ehtiyatdan istifadə etməkdir. Nəticə etibarı ilə hesab edilir ki, müvafiq səylər şərtilə fiziki çatışmazlıqları kompensasiya etmək olar, lakin bu kompensasiyanın öz “qiyməti” fonunda Almaniya iqtisadiyyatına gətirəcəyi ziyan var.

Rusiya qazının əvəzlənməsi qarşılığında Almaniya hansı iqtisadi zərər görəcək?

İstənilən tətbiq sanksiya ikitərəfli iqtisadi effekt verir və həm sanksiyaların tətbiq olunduğu ölkəyə, həm də sanksiyaları tətbiq edən tərəfə ziyan vurur. İstənilən aktor gözlənilən nəticəni (məs:Rusiyanın iqtisadi zəifləməsi) ödəniləcək “qiymət”-lə (sanksiyaya qarşı sanksiya tətbiq edilməsi nəticəsində dəymiş ziyan) müqayisə edərək qərar qəbul edir. Mümkün təsirin mütləq dəqiqliklə müəyyən edilməsi təbiidir, bir çox təsiredici amillərə görə qeyri-mümkündür hansı ki, onları dəqiq qiymətləndirmək və tam nəzərə almaq mümkün deyil. Həmçinin, mümkün ehtimallar verən elmi yanaşmalar mövcuddur. Rusiya qazının idxalının məhdudlaşdırılmasının Almaniya iqtisadiyyatına təsirini Bonn və Köln Universitetlərinin birgə təşəbbüsü olan “ECONtribute: Markets & Public Policy” təşkilatı qiymətləndirib. 2022-ci ilin mart ayında dərc edilmiş sənədə görə, Rusiya enerji daşıyıcılarının idxalı tamamilə məhdudlaşdırılarsa, Almaniya iqtisadiyyatında (ÜDM) 0,5%-3%-lik azalma və enerji daşıyıcılarının qiymətində əhəmiyyətli artım müşayiət olunacaq.Nəticə olaraq, araşdırmalar əsasən, Rusiya enerji təhcizatından imtinanın yaratdığı mənfi təsirlər əhəmiyyətli, lakin bir o qədər idarə olunandır.

Onu da nəzərə almaq lazımdır ki, qeyd olunan qərarın mənfi təsiri ictimaiyyət tərəfindən zəmanətli şəkildə qəbul olunacaq (məsələn, tariflərin artırılması, nüvə enerjisinin artırılması və kömür emalı ilə bağlı ekoloji problemləri). Bundan əlavə olaraq bir müddət yerli istehsal olan enerji tutumlu məhsulların idxalla əvəzlənməsinə ehtiyac olacaq. Eyni zamanda, Rusiya enerjisinə qoyulan qadağa hökumətin əhəmiyyətli risklər götürmək və mənfi təsirləri neytrallaşdırmaq üçün həyata keçirəcəyi bir sıra kompleks tədbirləri əhatə edir.

Bütün bunları nəzərə alsaq, Almaniyanın Rusiyadan enerji idxalına qadağa qoymağa qərar verməsi ehtimalı praktiki olaraq yoxdur və belə bir qərar qəbul edilərsə, bu, yalnız siyasi və ya mənəvi cəhətdən mübahisəli olanlar da daxil olmaqla, bütün alternativ yollar tükəndikdən sonra olacaq.

[1] ABŞ-dan fərqli olaraq, Britaniya yalnız neft idxalından imtina edəcək lakin, dərhal deyil, tədricən - 2022-ci ilin sonuna qədər. Qaz məsələsində isə Britaniya yaxın vaxtlarda Baş Nazir Consonun gözlənilən bəyanatında Rusiya qazının tam əvəz olunmasını nəzərdən tutur.

[2] Qeyd olunan Almaniya Federativ Respublikasının ümumi yanaşmasına, ölkə ərazisində nüvə reaktorlarının dayandırılması planına ziddir.


Oxşar məqalələr

5419 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
17%
Yalan
11%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan