Yüklənir

Zaur Dağallı: Marneulidə körpünün alt hissəsində yeni park salınacaq.

Hökm: Fakt-Metrin qənaətinə əsasən Zaur Darğallının vədi icra olunmayıb.

Xülasə:2019-cu ildə Marneuli Bələdiyyəsinin yeni seçilmiş meri-Zaur Darğallı yerli mediaya ilə müsahibə zamanı bildirmişdir ki, Marneuli şəhərini gələcəkdə başqa-başqa yeniliklər gözləyir. Xüsusi olaq isə verdiyi vədə əsasən, Marneuli şəhərində olan bütün istrahət meydanlar abadlaşdırılaraq yenidən qurulacaq, həmçinin yeniləri açılacaq. İnşa olunacaq parklar arasında Marneuli körpüsünün alt hissəsində yeni parkın açılışı da nəzərdə tutulmuşdu.

"Fakt-Metrin” araşdırmasına əsasən, Marneulinin keçən ilki büdcəsində qeyd olunan meydanların və körpünün alt hissəsinin abadlaşdırılması üçün lazımi vəsait nəzərdə tutulmayıb və cari ilin büdcəsinə də daxil edilməyib. Bütün bu qeyd olunanlar, şəhərdə olan park və istrahət meydançalarının abadlaşdırılma işlərinin bu günə qədər aparılmadığının və planlaşdırılmadığının sübutudur. Rustaveli küçəsinin abadlaşdırılması mövzusuna gəldikdə isə,""Fakt-Metr" bununla bağlı cari ilin ferval ayında məqalə dərc etdi. Verilən vəd indi ki, vəziyyətdə də yerinə yetirilməyib. Bələdiyyə 2022-ci ildə sadəcə olaraq küçələrin abadlaşdırılması üçün smeta sənədlərini satın alıb.

Analiz: 2019-cu ildə Marneuli Bələdiyyədinin meri Zaur Darğallı əhaliyə Marneuli şəhərində olan istrahət meydanlarının abadlşadırılması,eləcə də yeni meydanların yaradılması və körpünün alt hissəsində yeni parkın salınması ilə bağlı söz verdi. Konkret olaraq, Zaur Darğallı yerli musahibə zamanı bildirdi: "Əlbəttə ki,körpünün alt hissəsi çox maraqlı yerdir. Həmin ərazini əhali üçün çox gözəl parka çevirəcəyik. Hazırda müsabiqə elan edirik, bizə hansı təkliflərin gələcəyi çox maraqlıdır. Artıq bununla bağlı baxışımız var. İstəyirik o yeri Dostluq Meydanı adlandıraq. Gələn il, mərhələ-mərhələ şəhərimizin abadlaşdırılması ilə bağlı Marneulidəki bütün park və meydanların tam yenilənməsi, körpünün aşağı hissəsinin tamamilə yenilənməsi və Rustaveli prospektinin abadlaşdırılması kimi gözəl xəbərlərimiz olacaq”.

"Fakt-Metr” Zaur Darğallının vədini verdiyi infrastruktur lahiyələrinin həqiqətən də həyata keçirilib-keçirilməməsi ilə maraqlandı. Görünən odur ki, Marneulidə mövcud meydanların abadlaşdırılması, eləcə də körpünün alt hissəsində park salınması məsələsi Zaur Darğalının bələdiyyə başçılığı dövründə və ondan sonra da Marneuli bələdiyyəsinin büdcəsində nəzərdə tutulmayıb. "Fakt-Metr-in"araşdırmasına əsasən, qeyd olunan ərazinin parka çevirilməsi üçün lazım olan məbləğ Marneuli Bələdiyyəsinin cari ilin büdcəsinə daxil edilməyib.

"Fakt-Metr" qeyd olunmuş körpünün alt hissəsinin vəziyyəti ilə yerində tanış olub. Qeyd olunan yerdə heç bir parkla rastlaşa bilmədik. Maraqlısı odur ki, körpünün infrastrukturu o qədər zədələnib ki, əhalinin piyada hərəkəti belə çətinləşib. Çəkdiyimiz şəkilə baxın.

Marneuli Bələdiyyə körpüsü.

Qeyd etmək lazımdır ki, Rustaveli prospektində də abadlaşdırma işləri aparılmayıb. Biz bu ilin fevral ayında bu mövzu üzərində işlədik və aydın oldu ki, bələdiyyə 2022-ci ildə sadəcə küçələrin abadlaşıdırlması üçün smeta sənədlərini satın alıb.

Yuxarıda qeyd olunanlara əsasən Marneuli bələdiyyəsinin keçmiş merinin vədi icra olunmayıb.