Yüklənir

Azərbaycandilli sosial şəbəkələrdə Ermənistanın Baş naziri Nikol Paşiniyanla bağlı manipulyasiya xarakterli məlumatlar yayılıb. Xüsusilə, Ermənistan Respublikası Milli Məclisinin iyunun 8-də keçirilən iclasından sonra baş nazirin binadan çıxarkən jurnalistlərdən biri baş nazirə sual verib: “Sən özünü türk hesab edirsənmi?”.

Paşinyan jurnalistin sualına cavab verməyib və yalnız jurnalistlərin arasından uzaqlaşdırıldıqdan sonra və avtomobilə əyləşməzdın əvvəl “hə” sözünü deyib. Əslində, onun "hə" deməsi jurnalistin özünü türk hesab edib-etməməsi sualı ilə heç bir əlaqəsi yoxdur.

Buna baxmayaraq, Azərbaycandilli KİV məlumatı təhrif edərək “Paşinyan türk olduğunu etiraf etdi” başlıqlı videolar paylaşıblar. Paşinianın sözlərinin bu cür təhrif edilməsi Facebook istifadəçisində elə təəssürat yaradır ki, guya Paşinian verilən sualla razılaşır və Türk olduğunu etiraf edir. Əslində, Paşinyan özünü Türk olaraq hesab etdiyini heç vaxt bildirməyib, bu cür manipulyasiyalar, yalan xəbərlər onu Erməni xalqının gözündə nüfuzdan salmağa xidmət edir.

Həmçinin videoda Paşinianın “etirafından” sonra Ermənistanda genişmiqyaslı etirazların başladığı bildirilir, lakin bunu sübut etmək üçün videoda istifadə olunan görüntülər müxtəlif vaxtlarda keçirilən mitinqlərdən götürülüb və Ermənistanda davam edən etiraz aksiyaları digər məsələlərə ilə bağlıdır.

Bundan başqa, Gürcüstanda yerli azərbaycandilli səhifələrin birində də Paşinyanın təhrif olunmuş sitatı yayılıb.

----------------------------------------------------------

Məqalə, “Facebook”-un faktları yoxlama proqramı çərçivəsində hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bu linkdən baxa bilərsiniz. Məlumata düzəliş və hökmdən şikayəti etmək barədə məlumatı burada tapa bilərsiniz.


Oxşar məqalələr

4163 - Yoxlanılmış fakt
Saxta xəbər
25%
Doğru
19%
Əsasən-doğru
11%
Yarı-doğru
8%
Əsasən-yanlış
6%

Ən çox oxunan