Martın 23-də Gürcüstanın azərbaycandilli mediası olan aktual.ge-də "Komitə sədri: Rusiya Gürcüstanla birbaşa uçuşları bərpa edəcək və vizaları ləğv edəcək..." başlıqlı məqalə dərc edib.

Sözügedən məlumat Rusiya Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun bəyanatı kontekstində yayılıb. Məqalənin özündə aktual.ge xəbər portalı bu açıqlamanı verən rusiyalı deputatdan düzgün sitat gətirir:

"Arzum odur ki, sabahdan uçuşlar bərpa olunsun, Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşlərim olub, adlarını çəkə bilmərəm, amma mən bütün görüşlərdə və bildirmişəm ki, hava hərəkətini bərpa etməyin vaxtı çatıb, xüsusən də, Rusiyadakı gürcülərin sayını, həmçinin Gürcüstana səyahət edən Rusiya vətəndaşlarının sayının artımasını nəzərə alaraq, bu məsələni qaldırmışam. Həm də dedim ki, vizaların ləğvinə də yanaşmaq lazımdır, amma aydındır ki, hər iki məsələ icra hakimiyyətinin, yəni Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin səlahiyyətindədir. Amma bizim tərəfdən siyasi təzyiqin böyük çəkisi var əlbəttə ki. Bunun nə vaxt olacağını tam olaraq dəqiqə deyə bilmərəm. Mən Gürcüstandan yüksək vəzifəli şəxslərlə görüşməmişəm, amma siyasətçilərlə, o cümlədən keçmiş deputatlarla görüşlərim olub, adlarını çəkə bilmərəm. Başa düşürəm ki, maraqlanırsınız, sonra onlara təzyiq etmək üçün bu məlumatları medialarda işıqlandırmaq istəyirsiniz, amma mən bu insanları təzyiqə məruz qoymayacağam. Sizə deyim ki, mən siyasətçilər, keçmiş deputatlar, eləcə də keçmiş gürcü siyasətçiləri ilə görüşmüşəm, hamısı bu məsələnin həllində maraqlıdır. Hətta bunu sübut etməyə də ehtiyac yoxdur. Axı ruslar Gürcüstana vizasız səfər edirlər, Gürcüstan hakimiyyəti gürcülər üçün viza rejimini ləğv etməsi qəribə olmazdı?. Bəli, biz sizə təsdiq edirik, həqiqətən də bu məsələni həlli ərəfəsindəyik”.

Aktual.ge öz məqaləsində rusiyalı deputat Kalaşnikovun bəyanatının məzmununu bir başa çatdırır və qeyd edir ki, Kalaşnikovun sözlərinə görə, tərəflər birbaşa uçuşları bərpa etmək və viza rejimini ləğv etmək ərəfəsindədir. Bununla belə, ayrıca jurnalist məhsulu sayıla bilən xəbərin başlığında aktual.ge yazır ki, [Rusiya] komitə sədrinin sözlərinə görə, Rusiya birbaşa uçuşları bərpa edəcək və vizaları ləğv edəcək. Əslində belə bir qərar hələ qəbul edilməyib və icra olunmur və bunu rusiyalı deputat Kalaşnikov da açıqlamayıb. Ona görə də aktual.ge-də yazılan məqalənin başlığı oxucunu çaşdırır. Üstəlik, aktual.ge-nin Facebook-da dərc etdiyi materialda yalnız sözügedən dezinformasiya hissəsi göstərilir.

--------------------------------

Məqalə Facebook-un faktların yoxlanması proqramı çərçivəsində hazırlanıb. Verdiktdən irəli gələrək, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumat üçün bu linkə baxın. Materialın düzəldilməsi və verdiktin apellyasiya şikayəti barədə məlumat üçün bu linkə baxın.


Oxşar məqalələr

5362 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
17%
Yalan
11%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan