İrakli Kobaxidze: Rusya ilə ticarətin artmasından danışırsınız, amma bu sadəcə olaraq yalandır

Hökm: “Fakt-Metr”-in gəldiyi qənaətə əsasən İrakli Kobaxidzenin bəyanatı yalandır.

Xülasə: 2022-ci ildə 2021-ci illə müqayisədə Rusiya ilə xarici ticarət dövriyyəsi kəskin artıb - 52% (ixrac 6,8%, idxal 79%). 2023-cü ildə də tendensiya saxlanılıb və ilk 6 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövriyyə 32% (ixrac 34%, idxal 31,2%) artıb.

Məbləğ olaraq Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-ci ilin yanvar-iyun aylarında 730 milyon dollar, 2022-ci ilin yanvar-iyun aylarında 964 milyon və 2023-cü ilin birinci yarısında 1,271 milyard dollar təşkil edib. Bu cür artımı əhəmiyyətsiz kmi hesab etmək olmaz.

Rusiya ilə ticarət dövriyyəsi təkcə məbləğ baxımından deyil, həm də pay baxımından artıb. 2021-ci ildə Rusiyanın xarici ticarətdəki payı 11,4%, 2022-ci ildə 13,1% təşkil edib.

Təhlil: “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə xarici ticarət dövriyyəsindən danışıb. Onun sözlərinə görə, statistika artmayıb. Konkret olaraq o deyib: “Rəqəmlərə gəlincə, Rusiya ilə xarici ticarətin payı cəmi 8 faizdir. Bəlkə də yarım faizlik yanlışım ola bilər. Rusiya ilə ticarət dövriyyəsinin artırılmasından danışırsınız, bu, sadəcə olaraq, yalandır”... “Bundan başqa, Aİ ölkələri il ərzində ruslarla yüz milyardlarla ticarət edir”.

1995-ci ildən 2006-cı il embarqosuna qədər Rusiya Gürcüstanın ixrac bazarında 11 haldan 9-da birinci yeri tuturdu (Türkiyə onu 2000 və 2004-cü illərdə keçib). İxracda olduğu kimi, idxalda da lider mövqelərdə idi və Rusiyanın ümumi dövriyyədəki payı durmadan irəliləyərək 15%-i ötüb, Rusiyanın özünün elan etdiyi embarqodan sonra isə bu rəqəm 5%-ə düşüb.

2013-cü ildən bu yana embarqo aradan qaldırılıb və köhnə səviyyəyə qayıtmasa da Rusiyanın payı yenidən artıb. Ukraynanın işğalından əvvəl Rusiyanın xarici ticarətdəki payı 2020-ci ildə maksimum 11,7%-ə çatmışdı.

Qrafik 1: Rusiyanın xarici ticarətdəki payı

Mənbə: Gürcüstan Milli Statistika Xidməti

2022-ci ildə Rusiya ilə xarici ticarət dövriyyəsi 52% artaraq 2,5 milyard dollara çatıb ki, bu da idxalın artımında həlledici rol oynayıb. Nisbətən ucuz Rusiya yanacağı idxal strukturuna əsas təsir göstərib.2021-ci ildə Gürcüstan 135 milyon dollar dəyərində Rusiya yanacağı alıbsa, 2022-ci ildə bu, 361% çox - 623 milyon dollar olub.

Qrafik 2: Rusiya ilə ticarət dövriyyəsi (milyon ABŞ dolları)

Mənbə: Gürcüstan Milli Statistika Xidməti

2023-cü ildə Rusiyanın xarici ticarət dövriyyəsindəki payı bir qədər azalıb, lakin buna səbəb ticarət dövriyyəsinin azalması olmayıb. Rusiyanın payının azalması digər MDB üzvü olan dövlətlərlə ticarət dövriyyəsinin daha da sürətlə artması ilə əlaqədardır.

Qrafik 3: Rusiya ilə ticarət dövriyyəsi (milyon ABŞ dolları)

Mənbə: Gürcüstan Milli Statistika Xidməti

2023-cü ilin ilk 6 ayında 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə Rusiya ilə ticarət dövriyyəsi 32%, 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə isə 74% artıb. Yarım illik əsasda 2022-ci ilin birinci yarısında 3% azalma yalnız ixrac istiqamətində qeydə alınsa da, ilin ikinci yarısında bu kiçik azalma da artımla müşahidə olunmuşdu.

İrakli Kobaxidze həmçinin qeyd edib ki, “Aİ ölkələri il ərzində ruslarla yüz milyardlar dəyərində ticarət edir”. Baş nazir İrakli Qaribaşvilinin may ayında verdiyi oxşar bəyanatı “Fakt-Metr” manipulyasiya kimi qiymətləndirib. 2022-ci ilin məlumatlarına görə, Avropa İttifaqının ümumi ticarət dövriyyəsi Gürcüstanın göstəricisindən təxminən 467 dəfə, ümumi iqtisadiyyatı 675 dəfə çoxdur və təbii ki, Rusiya ilə həcm baxımından daha çox ticarət aparacaq, lakin Gürcüstandan fərqli olaraq, Avropa İttifaqı Rusiya ilə xarici ticarət dövriyyəsini artırmır əksinə azaldır. Əgər 2021-ci ilin yanvar-may aylarında Aİ ilə Rusiya arasında xarici ticarətin həcmi 90 milyard avronu keçibsə, 2023-cü ilin eyni dövründə bu, 43,6 milyard avroya (26 iyulun məzənnəsi ilə 48 milyard dollar) qədər azalıb.

Münasibəti qiymətləndirmək üçün onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Avropa İttifaqı üçün xarici ticarət dövriyyəsindəki payı cəmi 1,26%, yəni Gürcüstanla müqayisədə 10 dəfə azdır (Yanvar-may aylarında Rusiyanın xarici ticarət 12,7% təşkil edib, Eurostat, 26 iyula qədər iyuna olan məlumatları hələ paylaşmayıb).

Qrafik 4: Rusiya ilə ticarət dövriyyəsinin dəyişimi (2023-cü ilin yanvar-may aylarında 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə)

Mənbə: Gürcüstanın Milli Statistika Xidməti və Avropa İttifaqının Statistika Xidməti (Eurostat)

Gürcüstanın Rusiya ilə xarici ticarət dövriyyəsi son iki ildə (2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 2023-cü ilin yanvar-may aylarında) kəskin şəkildə 78% artıb, Aİ isə eyni dövrdə 52% azalıb. Buna uyğun olaraq, “Rusiya ilə ticarətin böyüməsindən danışmaq yalandır” iddiası özlüyündə yalandır. Həmçinin o da yanlışdır ki, Rusiya ilə xarici ticarətin payı 8%-dir, reallıqda isə 12%-i keçib, 2022-ci ildə isə 13%-i keçirdi. Avropa İttifaqını misal çəkmək də yersizdir, çünki Avropa İttifaqının Rusiya ilə ticarət dövriyyəsini iki dəfə azaltması bir yana, Rusiyanın xarici ticarətdəki payı Gürcüstandan 10 dəfə az olmaqla cəmi 1,26% təşkil edir. Qeyd olunan faktiki hallar nəzərə alınaraq İrakli Kobaxidzenin dedikləri yalan olaraq qiymətləndirib.


Şəxslər

Oxşar məqalələr

5423 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
17%
Yalan
11%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan