Gürcüstan Hökuməti: Gürcüstan Prezidenti xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini yalnız Gürcüstan hökumətinin razılığı ilə həyata keçirir

Hökm: “Fakt-metr”in qənaətinə görə, Gürcüstan hökumətinin bəyanatı doğrudur.

Təhlil:

Avqustun 31-də Salome Zurabişvili Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Həmin gün dərc olunan məlumata görə, Salome Zurabişvili növbəti nümayəndə səfərini bu gün, sentyabrın 1-də Avropa Şurasının prezidenti Şarl Mişel ilə birlikdə Brüsselə şəhərinə planlaşdırıb.

Prezidentin xarici səfərləri siyasi spektrdə müzakirə obyektinə Gürcüstan hökumətinin administrasiyasının bildirdiyi məlumatdan sonra çevrilib hansı ki, Salome Zurabişvilinin 2023-cü il avqustun 3-də Gürcüstan Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq hökumət tərəfindən Almaniya prezidenti ilə görüşünə rəsmən yazılı şəkildə imtina verdiyi bildirilir. Qeyd edək ki, prezidentin bu səfəri ilə yanaşı, Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka, Bolqarıstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə də rəsmi səfərlərinə də rəsmi imtina verilib.

Rəhbər komandanın üzvləri iddia edir ki, Salome Zurabişvilinin müstəqil xarici siyasət yürütmək hüququ yoxdur. İrakli Kobaxidzenin sözünə görə, “konstitusiyanın prezident tərəfindən pozulduğu açıq-aşkar görünür”. Digər tərəfdən, müxalifət nümayəndələri konstitusiyanın pozulmasını, əksinə, hakimiyyətin fəaliyyəti ilə əlaqələndirirlər. Məsələn, Salome Samadaşvili qeyd edib ki, “Prezidentin qeyd olunan səfərləri həyata keçirməsinə mane olmaq cəhdi konstitusiyaya zidd hərəkətdir, çünki bizim konstitusiyamızda Gürcüstanın Avropa İttifaqına üzv olması açıq şəkildə göstərilib”.

Hökumətin administrasiyası tərəfindən bildirilən bəyanatda Gürcüstan prezidentinə xatırladılır ki, Gürcüstan Konstitusiyasına əsasən, “Gürcüstan prezidenti xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini yalnız Gürcüstan hökumətinin razılığı ilə həyata keçirməlidir”.

“Fakt-Metr” hökumətin açıqlamasını yoxalyıb.

Hazırkı konstitusiyaya görə, Gürcüstan hökuməti icra hakimiyyətinin ali orqanıdır. Gürcüstan Konstitusiyasının 54-cü maddəsinə əsasən, ölkənin daxili və xarici siyasətini Gürcüstan hökuməti həyata keçirir.

Gürcüstan prezidentinin ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsində roluna gəldkdə isə, indiki konstitusiyaya əsasən, “Gürcüstan prezidenti icra hakimiyyətinin tərkibinə daxil deyil, o, icra hakimiyyətindən tamamilə məhrumdur”. Müvafiq olaraq, Gürcüstan Konstitusiyası ölkənin xarici siyasətinin həyata keçirilməsi üçün ən mühüm rıçaqları icra hakimiyyətinin iradəsinə tabe edir.

Xarici münasibətlərdə nümayəndəlik səlahiyyətlərinin həyata keçirilməsi də hökumətin təsdiqindən asılı olan prezidentin səlahiyyətləri kateqoriyasına aiddir. Daha da aydınlıq gətirsək Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndinə əsasən, Gürcüstan Prezidenti:

a) hökumətin razılığı ilə xarici münasibətlərdə nümayəndəlik səlahiyyətlərini həyata keçirir, başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparır, beynəlxalq müqavilələr bağlayır, başqa dövlətlərin və beynəlxalq təşkilatların səfirlərinin və digər diplomatik nümayəndələrinin akkreditasiyasını alır; Hökumətin təqdimatı ilə Gürcüstanın səfirlərini və diplomatik nümayəndəliklərin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

Konstitusiyanın yuxarıdakı müddəası aydın şəkildə təsdiq edir ki, nümayəndəlik funksiyaları ilə bağlı səlahiyyətlərin həyata keçirilməsi hökumətin razılığından asılıdır və bu, Gürcüstanda qüvvədə olan konstitusiya quruluşuna tamamilə uyğundur harada ki, Gürcüstan prezidenti zamanla icra hakimiyyətini tamamilə uzaqlaşıb.

Qeyd etdiyimiz kimi, müxalifət spektrində Salome Zurabişvilinin hökumətin razılığı olmadan xarici səfərlər etməsi Konstitusiyanın 78-ci maddəsində nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsi ilə bağlıdır. Xüsusilə, 78-ci maddə konstitusiya orqanının Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyini nəzərdə tutur.

Əslində, 78-ci maddədə sözün əsl mənasında göstərilir ki, konstitusiya orqanları bu maddədə göstərilən məqsədə nail olmaq üçün öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərirlər. Bu halda prezidentin səlahiyyəti hökumətin razılığı ilə məhdudlaşdırılır, ona görə də aydındır ki, Salome Zurabişvili xarici əlaqələrdə yalnız hökumətin razılığı ilə fəaliyyət göstərə bilər, hətta ölkənin Avro və Avro-Atlantik inteqrasiyası üçün həlledici əhəmiyyət kəsb edə biləcək nümayəndə səfərlərinin planlaşdırılmasını da hökümətin razılığı ilə həyata keçirməlidir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 78-ci maddəni şərh edərkən qanun çərçivəsində hərəkət komponenti itirilməməlidir, çünki əks halda konstitusiya orqanları öz səlahiyyətlərini aşaraq qərar qəbul etmək və ya tamamilə başqa bir qurumun səlahiyyətlərini mənimsəmək üçün yüksək özbaşınalıq ehtimalı ola bilər.

Başqa bir məsələ isə budur ki, hökumət özü də mövcud reallığı nəzərə alaraq bu intensivliklə prezidentin təmsilçi səlahiyyətlərini həyata keçirməkdən imtina etməklə Konstitusiyanın 78-ci maddəsini pozurmu? Qeyd olunan məslələ ilə bağlı Konstitusiyaçı Vakuşti Menabdiyə görə, “əgər müxalifət 78-ci maddənin hakimiyyət tərəfindən pozulduğunu düşünürsə, özü Konstitusiya Məhkəməsində prosesə başlaya bilər”.

Bütün yuxarıda deyilənlərə əsaslansaq, həm müasir konstitusiya quruluşunun məntiqi, həm də Gürcüstan Konstitusiyasının konkret maddələrinin məzmun şərhi açıq şəkildə təsdiq edir ki, hökumətin razılığı olmadan xarici münasibətlərdə nümayəndəlik funksiyalarının həyata keçirilməsi Gürcüstan Konstitusiyasını pozur. Buna uyğun olaraq “Fakt-Metr” hakimiyyətin açıqlamasını hökmlə – həqiqət olaraq dəyərləndirir.

Qeyd: Bu gün (01.09.2022) İrakli Kobaxidze “Gürcü arzusu”nun ofisində keçirilən brifinqdə ictimaiyyətə məlumat verib ki, konstitusiyanın kobud şəkildə pozulması səbəbindən impiçment proseduruna başlanılacaq."Gürcüstanın Konstitusiyası onun pozulmasının yeganə effektiv hüquqi mexanizmini nəzərdə tutur ki, bu da impiçment prosedurudur, Konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçment prosedurunuhəyata keçirmək mümkün deyil, çünki prosedurunun başlanılması üçün 100 parlament üzvünün dəstəyi lazımdır və buna görə də müxalifətin səsi olmadan bunun həyata keçirilməsi perspektivi yoxdur, baxmayaraq ki, partiyanın siyasi şurasının iclasında biz Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlamaq barədə qərar qəbul etmişik. Bu, ilk növbədə, Gürcüstan Konstitusiyası qarşısında bizim məsuliyyətimizdir”, - Kobaxidze bildirib. Qeyd edək ki, konstitusiyanı pozmaqda ittiham olunması ilə bağlı prezidentin özünün mövqeyi hələ də bəlli deyil.


Şəxslər

Oxşar məqalələr

5460 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
16%
Yalan
11%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan